Dünyanın ən məhsuldar futbolçularının adları açıqlandı - SİYAHI

Dünyanın ən məhsuldar futbolçularının adları açıqlandı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Siyahıda ilin arxada qalan 4 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 5 və daha çox qol vuranların cədvəlinə 27 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 2 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 12 top var.

 2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2, “Əl-Sədd”də 7 qola sevinən hücumçu 9 dəfə rəqib qapısına yol tapıb. Portuqaliyalı Kriştianu Ronaldo 3-cü sırada qərarlaşıb. O, ümumilikdə 8 – yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda cəmi 1 qol vurub. Yeganə topun müəllifi Riçard Almeydadı.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar