A24 Xeber

Dünyanın ən pis 6 qoxusu – SİYAHI

Dünyanın ən pis 6 qoxusu – SİYAHI
58
06 Avqust 2018 - 15:22

Qoxu hiss etmək həm həssas, həm də ən asan hiss etdiyimiz hissimizdir. Ancaq bəzi qoxulara nə etsək də öyrəşmək olmur.

A24.Az Web Texno saytına istinadən xəbər verir ki, molekulyar kütlə olaraq yüngül ancaq elektron sıxlığı mənasında daha sıx olan qoxular gözəl olmasına baxmayaraq, molekulyar çəkisi yüksək olan qoxular pis olur. Bütün bu məlumatlara və tədqiqat nəticələrinə əsaslanaraq isə alimlər dünyanın ən pis qoxularını müəyyən ediblər.

Web Texno dünyadakı ən pis 6 qoxunun siyahısını hazırlayıb.

Durian meyvəsi

Lax yumurtadan karamel konfetinə qədər 44 müxtəlif qoxu hissi daşıdığı düşünülən Durian meyvəsinin qoxusu o qədər pisdir ki, çürük bir Durian meyvəsi səbəbindən Melbournedə bir universitetdə qaz sızması güman edilib və həmin an tələbələr təxliyə edilib.

Cəsəd çiçəyi – (RAFFLESİA ARNOLDİİ)

Dünyanın ən böyük çiçəyi olan Rafflesia Arnoldii, çürümüş meyit qədər ağır iy verir. İfraz etdikləri bu pis qoxunun səbəbi isə növlərini davam etdirə bilmək üçün tozcuq daşımasına ehtiyac duyduqları həşəratları özlərinə çəkə bilirlər. Ancaq bu çiçək növü hazırda yox olma təhlükəsi ilə qarşı-qarşıyadır və qorunan bitkilər arasında yer alır .

Vieux Boulogne

Dünyanın ən ağır iyli pendiri olan Vieux Boulogne. İyi həddən artıq ağırdır.

Antik ifrazatlar

Sözügedən pis qoxu olduqda ilk ağla gələn şey ifrazat olur. Ancaq bir də yüzlərlə il ərzində qədim bir tualetdə qalmış ifrazatları düşünün. Danimarkada 14-ci əsrdən qaldığı anlaşılan çəlləklərin əslində içi dolu köhnə ayaqyolular olduğunu anlayan arxeoloqlar, bu acı təcrübəni şəxsən yaşayıblar.

Kiçik qarışqayeyənlər

Kiçik qarışqayeyənlər, “kokarcalardan” (skunslar) 7 dəfə daha pis iy verir və onlar da bu ağır qoxu “kokarcalar” müdafiə məqsədli istifadə edirlər.

Uranyum

Yaxın günlərdə qoxusunun sirri kəşf edilən Uranyumun lax yumurta kimi iy verdiyi deyilir. Bu pis qoxunun səbəbi isə hidrogen sulfid adlı zəhərli qazdır.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00