Dünyanın ən pis və ən yaxşı hava limanlarının adları açıqlandı

Dünyanın ən pis və ən yaxşı hava limanlarının adları açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

 Sərnişinlərə reyslər gecikdiyi təqdirdə təzminat almaqda yardım edən “AirHelp” şirkətinin ekspertləri xidmət keyfiyyəti, uçuşların müasirliyi və sərnişinlərin qiymətləri əsasında hava limanlarının reytinqini tərtib ediblər.

A24.Az “Report”a istinadən xəbər verir ki, siyahıda sonuncu 141-ci yeri cəmi 5,4 bal toplayan Küveyt aeroportu tutub.

Ən pis hava limanları üçlüyünə Londonun Stansted (5,53) və Lionun Sent-Ekzüperi aeroportu (5,78) daxil olub.

Qətərin paytaxtı Dohada yerləşən Hamad hava limanı 8,77 bal ilə reytinqdə birinci yeri tutub. İkinci yerdə 8,69 balla Afinanın Elefterios Venizelos adına beynəlxalq aeroportu, üçüncü yerdə isə Tokio aerovağzalı (8,63) qərarlaşıb.

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı siyahıda yoxdur. Moskvanın Şeremetyevo hava limanı 15-ci olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar