Dünyanın ən qorxulu mənzərəsi - ÇERNOBIL 

Dünyanın ən qorxulu mənzərəsi – ÇERNOBIL
Want create site? Find Free WordPress Themes and plugins.

Ukraynanın Çernobıl Atom elektrik stansiyasında baş verən dəhşətli qəzadan 30 il keçir. Ərazidə radiasiya səviyyəsi hələ də çox yüksəkdir, ancaq ziyarət etmək istəyən turistlər xüsusi geyimlərlə 30 km yaxınlaşa bilərlər.

A24.Az xəbər verir ki, XX əsrin ən böyük nüvə partlayışının baş verdiyi Çernobıl AES-nin 4-cü qovşağının 26 aprel 1986-cı ildə baş verən qəzada havaya uçan dam örtüyü özəl olaraq hazırlanan beton və poladdan inşa edilmiş qalxanla örtülüb.

Partlayış nəticəsində çox sayda insan dünyasını dəyişib.

Qəzadan sonra ətrafa yayılan radiasiyanın təsiri hələ də davam edir. Buna görə də, 2007-ci ildən hazırlanmağa başlanan qalxan daha öncə istifadə olunan beton örtüyün yerini alacaq.

150*260 metrlik ölçülərə malik 31 ton ağırlığındakı qalxanla mütəxəsislər 100 il boyunca radiasiyanın qarşısını mümkün qədər almağa hazışırlar.

Ərazidə həmçinin Çernobıl dəhşətlərini silməyə çalışan mütəxəsislər üçün abidə də ucaldılıb.

Sergey A. Krasikov ayda 12 dəfə (həkimlər maksimum bu qədər icazə verirlər) qatarla bu sahibsiz torpaqlara gəlir və “daşdan tabut” olaraq tanınan bu əraziləri gəzir.

Hələlik Çernobıldakı radiasiya miqdarının haçan yox olacağı ilə bağlı dəqiq tarix vermək mümkün deyil.

Ukrayna Məclisi 39 min km qədər elan etdikləri radioaktiv sahənin yaxın 300 ildə heç bir dəyişikliyə məruz qalmayacağı təsdiq edib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar