A24 Xeber

Dünyanın ən sağlam ürəkli insanları – Həyat tərzləri – ARAŞDIRMA – FOTOLAR

Dünyanın ən sağlam ürəkli insanları – Həyat tərzləri – ARAŞDIRMA – FOTOLAR
701
20 Mart 2017 - 16:54

ABŞ-da Kaliforniya Universitetindən bir qrup alimin  apardığı ətraflı araşdırmada Amazonka meşələrində ovçuluq və kənd təsərrüfatı ilə məşğul olaraq yaşayan Çimanelərin dünyanın ən sağlam ürəyinə malik insanlar olduğu üzə çıxıb.

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Lancetta” adlı tibb jurnalında dərc edilib. Araşdırmalara görə çimanelərin ürək damarlarında qocalanda belə problemlər yaranmır.  Mütəxəssislər ovçu cəmiyyəti olan Çimanelərin qidalanma tərzlərinin örnək olacağını deyib.

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

Sayı 16 min nəfər olan  Çimanelər Amazonun yağışlı meşələrində və Maniqui çayının sahillərində ovçuluq, balıqçılıq və kənd təsərrüfatı ilə məşğul olur. Qədimdə insanların yaşadığı həyat tərzini davam etdirirlər.

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

Çimanelərin qidalanmasında 17 faiz yeri ovçuluq məhsulları tutur.

Pirana kimi balıqlar və şirin su canlıları isə 7 faizdir.

Çimanelər ailə təsərrüfatlarında düyü, qarğıdalı, maniok kökü (şirin kartof) və banan yetişdirirlər.

Kalorilərinin 72 faizini karbohidrogenlərdən alırlar. Bu göstərici ABŞ-da 52 faizdir.

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

Gündə 17 min addım atırlar

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

Çox az miqdarda doymuş yağdan istifadə edirlər. Onların kalorilərinin yalnız 14 faizi yağlardan alınır. Bu göstərici ABŞ-da 34 faizdir.

Zülaldan əldə edilən kalori nisbəti 14 faizdir,  onlar daha çox yağsız ət yeyirlər.

60 yaşı tamam olan Çimane kişisi bir gündə 17 min, Çimane qadını isə 16 min addım atır. Müasir cəmiyyətlərdə isə  gündə 10 min addım atmaq çox çətindir.

Günde 17 bin adım yürüyüp, bunları yiyorlar

Araşdırmalarda  705 nəfərin ürək və qan-damar sistemi yoxlanılıb. 45 yaşdan aşağı Çimanedə infarkt riski aşkarlanmayıb. ABŞ-da isə bu yaş qrupunun 80 faizində infarktın əlamətlərinə rast gəlinir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00