A24 Xeber

Dünyanın ən təhlükəli dini sektaları – FOTO

Dünyanın ən təhlükəli dini sektaları – FOTO
662
30 Mart 2017 - 11:40

İngiltərəli yazıçı Çarlz Kinqslinin söylədiyi və dünya kommunizminin lideri Karl Marksın populyarlaşdırdığı “din xalq üçün tiryəkdir” fikri 150 il keçməsinə baxmayaraq, öz aktuallığını itirmir. Din pərdəsi altında müxtəlif sektalar destruktiv fəaliyyət göstərərək nəinki öz üzvlərinə, həmçinin ətrafdakı insanlara da ciddi təhlükə törədirlər. 

“A24.az” dünyanın ən təhlükəli dini sektaları haqda məlumatı təqdim edir:

Cənnətin qapıları

Bu dini sekta 1972-ci ildə tibb bacısı Bonni Netlz musiqiçi Marşal Eplvaytla tanış olur. Cütlüyü ümumi maraqlar: mistik hadisələrə inam və özlərinin Tanrının elçiləri olmasına inanırdılar (Netlz onunla XIX əsrdə ölən kahinin danışdığını iddia edirdi). 1973-cü ildə Bonni və Marşal öz ailələrini tərk edərək ABŞ boyunca gəzməyə başladılar və insanlara öz dini missiyaları barədə təbliğat aparmağa başladılar. 1975-ci ildə astrologiya, NLO, spiritizmlə maraqlanan cütlük öz dono görüşlərini formalaşdırdı: Eplvayt İsa Məsihin reinkarnasiyası, Netlz isə onun ən sədaqətli və ölümsüz kökəmkçisi idi.

Maraqlıdır ki, Marşal və Bonni özlərinə xeyli tərəfdar tapır. Bonni Netlzın 1985-ci ildə xərçəngdən ölməsinə baxmayaraq, “Cənnətin qapıları” sektasına yeni üzvlər gəlməkdə davam edir.

Nəhayət, 1997-ci ildə Eplvayt Yerin yaxınlığından keçən Heyl-Bop kometasını bəşəriyyətin sonuncu carçısı adlandırmışdı. Kaliforniyadakı Santa-Fe rançosuna gedən Eplvayt 38 tərəfdarı ilə birlikdə kollektiv intihar edirlər. Bu addım üçün onlar vodkanı fenobarbitalla qarışdırırlar.

Günəş Ordeni Məbədi

Dini sekta belçikalı həkim Lyuk Jurenin homeopatiya və digər alternativ müalicə üsulları ilə tanış olmasından başlayır. 1980-ci illərin əvvəllərində Jure Brüsseldən Fransanın Annemas şəhərinə köçür və qeyri-standart müalicə üsulları, spiritualizm və paranormal hadisələrlə maraqlanır.

1981-ci ildə Cenevrədə Cozef Di Mambro ilə tanış olan belçikalı alim “Günəş Ordeni Məbədi” adlı dini sekta yaratmağı qərara alır. Sektanın əsas ideyası İsa Məsihin ikinci dəfə Günəş Allahı simasında zühur edəcəyi və buna öncədən hazırlıqla bağlı olur.

Güclü natiqlik qabiliyyəti sayəsində Jürenin Fransa, İsveçrə və Kanada da çoxsaylı tərəfdarları peyda olur. Sektanın üzvləri var-dövlətlərini Lyuk Jureyə və Cozef Di Mambroya hədiyyə edir, bunun qarşılığında kabbalistika, spiritizm və tampliyer simvolikasının yer aldığı ayində icra edirdilər. 1990-clı illərin əvvəllərində sektanın populyarlığı kəskin azaldı və onun yaradıcılarını depressiya vəziyyətinə gətirdi. 1994-cü ilin oktybarında sekta rəhbərləri ən etibarlı insanları ətraflarına toplayaraq gizli iclas keçirdilər. Bunun ardınca Kanadanın Kvebek vilayətindən tutmuş, İsveçrənin Şeri və Salvan kəndlərinə qədər bir çox yerlərdə intihar xəbərləri yayılmağa başladı. 1997-ci ilə qədər Günəş Məbədi Ordeninin 74 üzvü, o cümlədən yaradıcıları intihar edərək həyatlarına son qoymuşdu.

Davidin varisləri

Adventist kilsəsini sarsıdan qalmaqallardan sonra 1959-cu ildə “Davidin varisləri” dini qrupu formalaşmışdı. 30 il ərzində sakitliyi ilə seçilən cərəyan adını Devid Koreşə dəyişmiş gənc keşiş Vernon Houelin rəhbərliyi altında tamamilə dəyişdi. Özünü peyğəmbər sayan Koreş tərəfdarları ilə birlikdə Texas ştatındakı Maunt-Karmel rançosuna köçür. O, icma üzvlərinin şəxsi həyatına sərt müdaxilələr edir, tam yuxu almaqlarına və qidalanmalarına mane olur, rançonun xaricindəki bütün addımları haqda hesabat tələb edir və saatlarla dua oxumağa vadar edirdi.

Bundan başqa, yuxuda ona vəhy gəldiyini iddia edən Devid Koreş rançodakı qadınlarla yalnız onun cinsi əlaqəyə girə biləcəyini bildirirdi.

Federal Təhqiqatlar Bürosu Devid Koreşin və “David varisləri” icmasının qanunsuz odlu silah ticarəti ilə məşğul olduğunu müəyyənləşdirir və Koreşin azyaşlı qızlarla əlaqədə olmasını da ortaya çıxarır. 1993-cü ilin fevralında Maunt-Karmeldə axtarışa icazə alınır. Lakin qabaqcadan bundan xəbər tutan icma üzvləri FTB-nin əməkdaşlarına müqavimət göstərirlər. 9 nəfərin ölümü, 16 agentin yaralanması ilə nəticələnən əməliyyatdan sonra ərazi polis tərəfindən mühasirəyə alınır.

2 aylıq mühasirədən sonra rançoya təhlükəsizlik qüvvələri daxil olur. Onlara təslim olmaq istəməyən Koreş və tərəfdarları evlərini yandırırlar. Yanğın zamanı 82 sekta üzvü və 4 FTB əməkdaşı həlak olur.

Tanrının 10 Hökmünün Dirçəlişi Hərəkatı

Bu sektanın yaradıcısı uqandalı fahişə Kredoniya Mverinde hesab olunur. 1989-cu ildə o, Məryəm Ananın özü ilə danışdığını və özünün peyğəmbər təyin olunduğunu demişdi. Bu açıqlamadan dərhal sonra Kredoniyanın çoxsaylı tərəfdarları peyda oldu. Onlar arasında keşiş Dominik Karatibabo və zəngin mülkədar Cozef Kibvetere də yer alırdı.

Məhz onların köməyi ilə, Kredoniya Mverindenin böyük tərəfdar ordusu yarandı. 10 ildən artıq müddətdə dünyanın sonunun tarxini uzadan Mverinde 2000-ci il martın 17-ni dünyanın sonu elan edir.

“Məryəm Ana Kilsəsi”nə toplaşan tərəfdarlar onun qapılarını bağlayaraq partlatmışdılar. Bu zaman yanğında 530 nəfər həlak olmuşdu. Araşdırmalar sırasında daha 200 cəsəd tapılaraq yaxınlarına təhvil verilmişdi. Maraqlıdır ki, icma başçısı Kredoniya Mverinde partlayışdan az öncə, ərazini tərk etmişdi.

modern.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00