A24 Xeber

Dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir? – SİYAHI

Dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir? – SİYAHI
79
01 İyul 2018 - 12:13

Təhlükəlilik və təhlükəsizlik baxımından dünya ölkələrinin reytinqi açıqlanıb.

“A24.az” xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutunun 2018-ci il üçün hesabatına görə dünyanın ən təhlükəli ölkələri sırasında ilk pillədə Suriya dayanır.

Ən təhlükəli ölkələr siyahısının ilk onluğu:

  1. Suriya
  2. Əfqanıstan
  3. Cənubi Sudan
  4. İraq
  5. Somali
  6. Yəmən
  7. Liviya
  8. Konqo
  9. Mərkəzi Afrika Respublikası
  10. Rusiya

Azərbaycan da təhlükəliliyin artdığı ölkələr siyahısındadır. Belə ki, ölkəmiz 132-ci pillədə olmaqla, Qafqazda Rusiyadan sonra ən təhlükəli ikinci ölkədir. Bu siyahıda Ermənistan 120-ci, Gürcüstan isə 102-ci, Türkiyə 149-cu, İran isə 131-ci yerdədir.

Hesabata əsasən dünyanın ən təhlükəsiz ölkəsi isə İslandiyadır.

Ən təhlükəsiz ölkələr siyahısının ilk onluğu:

  1. İslandiya
  2. Yeni Zellandiya
  3. Avstriya
  4. Portuqaliya
  5. Danimarka
  6. Kanada
  7. Çexiya
  8. Sinqapur
  9. Yaponiya
  10. İrlandiya

Hesabatın hazırlanmasında bir sıra faktorlar, o cümlədən cinayətkarlığı səviyyəsi, terror, münaqişələr, hərbləşmə və s. dəyərləndirilib.

Qaynarinfo.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00