Dünyanın ən təhlükəsiz ölkəsində terror: YARALILAR VAR 

Dünyanın ən təhlükəsiz ölkəsində terror: Yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

Reuters xəbər agentliyi,  Kanadanın Mississoqa şəhərində, şübhəli bir partlayış baş verməsi barədə, məlumat yayıb. 

A24.Az xəbər verir ki, partlayışda 3-ü ağır olmaqla, 15 nəfər yaralanıb.

Məlumatlara görə, kimliyi məlum olmayan şəxs, əlində partlayıcı maddə ilə restorana daxil olub və maddəni həmin məkana ataraq qaçıb.

Terrorun törədildiyi məkan “Bombay Bhel” adlı hind restoranıdır.  Kanada polisi, şübhəli partlayışı araşdırmaq üçün hərəkətə keçib. İlkin məlumatlara görə, hadisəni törədən iki kişi olub. Hadisə zamanı, restoranda neçə nəfərin olması barədə məlumat verilmir.

Digər tərəfdən sosial mediada, hind restoranında terror törədən iki nəfərin görüntüləri yayılıb.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar