A24 Xeber

Dünyanın ən varlı dilənçisi – öləndən sonra 5,5 milyon dollar miras qoydu

Dünyanın ən varlı dilənçisi – öləndən sonra 5,5 milyon dollar miras qoydu
89
17 May 2018 - 16:36

Livanda uzun illərdir dilənçilik edən qadının öləndən sonra hesabından 5,5 milyon dollar pul çıxıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, dilənçi qadın 15 il Beyrutun əl-Basta əl-Fuka bölgəsində köhnə avtomobildə yaşayıb. Fiziki qüsurlu olan 54 yaşlı Fatma Muhamməd Osman ötən gün məhəllə sakinləri tərəfindən yatağında ölmüş vəziyyətdə tapılıb.

Polislərin axtarışı zamanı illərdir dilənçilik edən qadının özünə ev etdiyi avtomobilin içindən 5 milyon 700 min Livan lirəsi (4 min dollar) tapılıb. Bundan başqa, qadının bank hesabında 5,5 milyon dollar olduğu da məlum olub.

Mayın 6-da Livanda gerçəkləşdirilən parlament seçkilərində dilənçi qadın “dünyanın ən varlı dilənçisi” olaraq adlandırılıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00