Dünyanın ən yaşlı adamının 112 yaşı var

Dünyanın ən yaşlı adamının 112 yaşı var
Want create site? Find Free WordPress Themes and plugins.

Yaponiyalı Masadzo Nonaka dünyanın ən yaşlı kişisi hesab olunub.

“A24.az”ın məlumatına görə, yaşı 112 il 259 gün olan M.Nonakanın adı Ginnesin rekordlar kitabına salınıb.

25 iyul 1905-ci ildə doğulan şəxs Yaponiyanın Hokkaydo adasında 7 qardaş və bacısı, eləcə də 5 övladı ilə yaşayır. M.Nonaka Ginnes nümayəndələrinə televizora baxmaq və qəzet oxumaqla vaxt keçirdiyini, tort və konfet yeməyi sevdiyini deyib.

Qeyd edək ki, Masadzo Nonaka dünyanın ən yaşlı kişisi olmuş ilk yapon deyil. Ondan əvvəl bu adı 19 aprel 1897-ci ildə doğulmuş və 116 yaşında vəfat etmiş Dziroemon Kimura daşıyıb.

Dziroemon Kimura
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar