Dünyanın ən yaxşı məşqçilərinin adı açıqladı - Siyahıda Azərbaycan da var 

Dünyanın ən yaxşı məşqçilərinin adı açıqladı – Siyahıda Azərbaycan da var
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

A24.Az xəbər verir ki,  siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və “Qarabağ”ın baş məşqçisi 1169 xalla 483-cü pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 9 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə “Zirə”nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 982-ci pillədə yer alıb.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 931-ci sırada qərarlaşıb. Ayxan Abbasov 8, Roman Qriqorçuk isə 11 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.

A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar