Dünyanın ən zəngin adamı yenə o seçildi - SİYAHI

Dünyanın ən zəngin adamı yenə o seçildi – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142  milyard dollar təşkil edir.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı “Facebook”un yaradıcısı Mark Zukerberq  (81,6 mlrd. dollar) hesab edilib.

Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.

İndeks səhmlərin dəyəri və şirkətlərin hesabatları əsasında müəyyənləşdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar