A24 Xeber

Dünyanın müxtəlif ölkələrinə yaz necə gəlir? – ARAŞDIRMA – FOTOLAR

Dünyanın müxtəlif ölkələrinə yaz necə gəlir? – ARAŞDIRMA – FOTOLAR
1. 299
18 Mart 2017 - 19:04

Yaz fəsli planetin müxtəlif yerlərində özünəxas xüsusiyyətləri ilə hiss edilməyə başlayır.

A24.Az  dünya ölkələrində yazın necə gəldiyini təqdim edir:

Yaponiya – Bu ölkədə yaz albalı ağaclarının çiçəkləməsi, sakura dönəminin başlaması ilə hiss edilir. Albalı ağaclarının ətri havaya xüsusi ətir qatır.

Alyaska- Dünyada  yazın gəlməyilə  hər yerdə təbiət oyanmağa başlayır, Alyaskada isə hələ qış hökm sürür, qar ərimir, bu hal mayadək uzanır.

Alp dağları – Dağların zirvələri ağ örpəyini atmağı fikirləşmir, amma dağətəyi zonalarda otlar cücərməyə başlayır, çiçəklər açır, insan təbiətin toxuduğu xalıda uzanmaq istəyir.

Mərkəzi Rusiya – Mart ayında Rusiyanın mərkəzi hissələrində sahələrə örtülmüş qar yavaş-yavaş çəkilməyə başlayır, torpaq qış yuxusundan oyanmağa can atır.

Ukrayna – Yaz tez hiss olunur. Mart ayında temperatur 10 dərəcəyədək yüksəlməyə başlayır. Hər tərəf yaşıla bürünür.

Cənubi Almaniya – Mart ayı sürprizlərlə dolu olur, bəzən qar belə yağa bilər. Amma aprel ayından sonra təbiət ağ örpəyindən imtina etməyə, yaşıla bürünməyə hazırlaşır.

İsveç – Yaz mövsümarası dövrə təsadüf edir. Hava dəyişkən olur, gah külək olur, gah  tutulur. İsveçin şimalında may ayında ağ gecələr başlanır, günəş demək olar ki, gün ərzində üfüqdən boylanır. Cəmi iki saat günəş batır. Bəzən də elə olur ki, günəş batmır. 

Koreya – Yaz ayları xüsusilə gözəl olur. Təbiət al-əlvan rənglərə bürünür. Qar əriyəndən dərhal sonra torpaq altından ətirli maqnoliyalar, bənövşəyi, çəhrayı rəngli çiçəklər boylanır.  Sakura çiçəkləndikdən sonra hər tərəf rəngarəng görünməyə başlayır.

Norveç – Təbiət çox qəribədir. Bəzən yaz gec, bəzən də lap tez gəlir. Bəzən fevralda çiçəklər açmağa başlayır, bəzən də may ayında qar yağır. Günəşi görən kimi insanlar parklara, açıq kafelərə axışmağa və günəşlənməyə başlayırlar.

İngiltərə – Yaz ayı çox xoş keçir. Təbiət tez oyanır, hava dəyişkən olur, birdən yağış da yağa bilər, külək də əsə bilər.

ABŞ, Tower Grove Park – Fauna və florası zəngin olan Amerikada havalar yaz ayında xoş keçir. Turistlər bu ölkənin gözəlliyini, təbiətini görmək üçün yaz ayında bura gəlsələr füsunkar təbiət mənzərələri ilə qarşılaşacaqlar. Yazın ilk ayı  12-22 dərəcə isti ilə müşahidə edilir.

İspaniya – Yaz Avropanın digər ölkələrindəki kimi ilin ən gözəl fəsillərindən biri sayılır. Yazın gəlişi ilə temperatur yüksəlir, ağaclar çiçək açmağa başlayır. Adanın havası daha təmiz və ətirli olur.

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00