Dünyasını dəyişən nazir Yavər Camalovun DƏFNİNDƏN FOTO

Dünyasını dəyişən nazir Yavər Camalovun DƏFNİNDƏN FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, “Şöhrət” ordenli Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb.

A24.Az xəbər verir ki, mərhumla vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Məzarın önünə Azərbaycan Respublikası Prezidentinin və müxtəlif hökumət təşkilatlarının kollektivləri adından əklillər qoyulub.

Dəfn mərasimində çıxış edən Baş nazirin müavini Hacıbala Abutalıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailəsinin adından mərhumun doğmalarına başsağlığı verib.

Mərhumun oğlu Elşən Camalov atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, dəfn mərasimində iştirak edənlərə də ailəsi adından minnətdarlığını bildirib.

Qeyd edək ki, Yavər Camalov 1949-cu il oktyabrın 17-də Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Həmin il “Siyəzənneft” Neftqazçıxarma İdarəsinin operatoru, 1972–1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə işləyib. 1989–1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma İdarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 mart tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib. Dövlətimizin başçısının 2009-cu il 16 oktyabr tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar