"Düşmən bu cür başlıqlı xəbərləri bizə qarşı istifadə edəcək" - Hərbi ekspert jurnalistlərə SƏSLƏNDİ

“Düşmən bu cür başlıqlı xəbərləri bizə qarşı istifadə edəcək” – Hərbi ekspert jurnalistlərə SƏSLƏNDİ
Want create site? Find Free WordPress Themes and plugins.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənov öz sələfi Səfər Əbiyevdən fərqli olaraq mətbuatla öz işini bir qədər açıq və şəffaf qurub. Biz uzun illər bu tip məlumatlara rast gəlmədiyimizə görə, indi dərhal bir neçə yüksək rütbəli zabitin ordu sıralarından ehtiyata buraxılması az qala sensasiya kimi görünür. Heç bir qeyri-adi hadisə baş verməyib və yoxdur. Belə ehtiyata yola salmalar demək olar ki, bütün güc strukturlarında davamlı olaraq həyata keçirilir”.

A24.Az xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik- leytenant, hərbi ekspert Üzeyir Cəfərov prezidentin əmri ilə bir neçə nəfər yüksək rütbəli hərbçilərin ehtiyata və istefaya göndərilməsini bəzi mətbu orqanların sensasiya xaratkterli şok effet yaradacaq başlıqlarla verməsini şərh edərkən deyib.

Hərbi ekspert bildirir ki, prezident, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan bir neçə nəfər yüksək rütbəli hərbçilər ehtiyata və istefaya göndəriliblər:

“Bayaqdan baxıram, mətbuatda olan bəzi dostlarımız bu məlumatı az qala sensasiya kimi təqdim etməyə çalışırlar. Vallah adi, gündəlik xəbərlərdən biri olan məlumatdır. Heç bir şok effekt yarada biləcək xəbər deyil. Silahlı Qüvvələrdən mütəmadi olaraq onlarla, bəlkə də yüzlərlə belə ehtiyata buraxılma prosedurları həyata keçirilib və keçirilir. Bu məlumat bir balaca da ajiotaj yaradıb ki, əvvəlki illərdə bu tip məlumatlar adətən ictimailəşdirilmirdi və bu haqda mətbuatda bir xəbər olanda Müdafiə Nazirliyinin Mətbuat xidməti ya məlumatı təsdiq edir, ya da təkzib edirdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov öz sələfi Səfər Əbiyevdən fərqli olaraq mətbuatla öz işini bir qədər açıq və şəffaf qurub deyə, biz uzun illər bu tip məlumatlara rast gəlmədiyimizə görə, indi dərhal bir neçə yüksək rütbəli zabitin ordu sıralarından ehtiyata buraxılması az qala sensasiya kimi görünür. Heç bir qeyri-adi hadisə baş verməyib və yoxdur. Belə ehtiyata yola salmalar demək olar ki, bütün güc strukturlarında davamlı olaraq həyata keçirirlir”.

Ehtiyatda olan polkovnik- leytenantın sözlərinə görə, onu bu qeydləri yazmağa vadar edən bir neçə səbəb var:

“Bizim düşmənlərimiz bu xəbərdən Azərbaycan Silahlı Qüvvələri haqqında bəzi olmazın yalanları və şayiələri yaymağa çalışacaqlar. Və sübut kimi də, bizim mətbuatda bu gün rast gəldiyimiz ilk baxışda çox sensasiyalı görünən “Generallar istefaya göndərildi”, “Bir neçə general tutduqları vəzifədən istefaya buraxıldı” və sairə bu kimi məlumatları göstərməyə çalışacaqlar. Bizim informasiya müharibəsi dediyimiz və uzun müddət sübut etmək istədiyimiz bəzi vacib məqamlar var ki, ona hər kəs, xüsusən də ən aparıcı güc strukturu olan Müdafiə Nazirliyimiz son dərəcə ehtiyatla və diqqətlə yanaşmalıdır. Ən xırda detal bəzən bizim ziyanımıza işləyə bilər. Özü də bu Silahlı Qüvvələrimiz ilə bağlı olanda “yüz dəfə ölçmək, bir dəfə biçmək” gərəkdir”.

Ü.Cəfərov sonda, onu da qeyd edib ki, istər Müdafiə Nazirliyi olsun, istərsə də digər güc strukturları, bu qurumlarda mütəmadi olaraq zabit və generalların rotasiya qaydasında yuxarı və digər hərbi birləşmə, qarnizonlara təyinatları həyata keçirilməlidir:

“Bu həm ədalət və şəffaflıq prinsipinin qorunması, həm də hər bir zabitin gələcəkdə karyera üzrə yüksək vəzifələrə təyin olunmasında stimulverici rol oynayar. Ehtiyata göndərilmiş general və polkovniklərin hər biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında özünəməxsus rol oynamış şəxslərdir. Gəlin onlara Vətən qarşısında göstərdikləri çoxillik xidmətlərinə görə çox sağ ol deyək, yeni təyinatları həyata keçirəcək müdafiə nazirinə və Baş Qərargah rəisinə uğurlu kadr təyinatları arzulayaq. Çünki, bizi hələ qarşıda çox ağır və məsuliyyətli sınaqlar gözləyir. Müdafiə Nazirliyi sistemində nazir general-polkovnik Zakir Həsənova çox güclü, savadlı və Vətənə bağlı köməkçilər lazımdır. Yəqin ki, söhbətin nədən getdiyini cənab nazirin özü və yaxın ətrafı gözəl anlayır”.

Qeyd edək ki, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə A24.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar