A24 Xeber

Düşmən işğalından azad edilən Günnüt kəndindən yeni – VİDEO

Düşmən işğalından azad edilən Günnüt kəndindən yeni – VİDEO
86
12 İyun 2018 - 11:53

Bir neçə gün öncə düşmən işğalından azad edilən Şərur rayonunun Günnüt kəndinin yeni görüntüləri ortaya çıxıb.

A24.Az xəbər verir ki, videonu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan yayıb.

O, azərbaycanlıların kəndi ziyarət etməsini yazıb və beləliklə, əzəli torpaqlarımızın düşmən işğalından azad olunduğunu etiraf etmiş olub.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi mayın son günlərində 26 ildən sonra ordumuzun nəzarəti altına keçib. Bundan əlavə, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00