Düzgün dəmlənməyən çay XƏRÇƏNGƏ səbəb olur: Bu tövsiyyələri mütləq OXUYUN

Düzgün dəmlənməyən çay XƏRÇƏNGƏ səbəb olur: Bu tövsiyyələri mütləq OXUYUN
Want create site? Find Free WordPress Themes and plugins.

Şərq dünyasının suya bərabər ən çox istifadə etdiyi içki çaydır.

A24.Az xəbər verir ki, çöküntüsüz- yəni əl-üz yumaq üçün istifadə edilən gündəlik, xlorlu sudan istifadə etməməlisiniz. Bunun yerinə süzülmüş su daha məqsədəuyğundur. Belə su daha bulanıq olur, çayın tərkibinə ziyan verdiyi kimi, orqanizmə də faydadan çox fəsad gətirir. Çay mütləq çiy və süzülmüş sudan olmalıdır. Qaynamış və təkrar istifadə edilən suda bakteriyaların yaranmasına səbəb olur. Çayın dadını acı edən də bu bakteriyaların çoxalmasıdır. 
Bir digər tərəfdən metal deyil, şüşə çayniklərdə çayın dəmlənməsi tərkibinin dəşisməsinin qarşısını alır. Bu həm də onun dadına da təsirini göstərir.

Ən önəmli məqam isə çayın ilıq su ilə yuyulmasıdır. Çayı dəmləməzdən əvvəl ilıq su ilə yaxalayın ki, həm torpağı getsin, həm də bu cür dəmlənən çay daha ləziz olur. 
Bir digər incə nüans ondan ibarətdir ki, qaynar su bir neçə dəqiqə qıraqda gözlədilməlidir. Çayın üstünə qaynar tökülən su onu yandırır.

Onu da unutmayın ki, çay qazın üzərində dəmlənməməlidir. Qısa bir müddət sonra ocaqdan götürülməlidir. Həmin müddət maksimum 10-15 dəqiqədir. Dadı acı olan çayın orqanizmə faydası da olmaz. Nəhayət, çayı dəmlədiyiniz zaman yüksək temperaturda saxlamayın. Çünki bu orqanizmə daha çox ziyan verir. Hətta xərçəngin yaranma səbəbi belə ola bilər. 

Bir digər səhv addım isə çaydanda su qaynamağa qoyulan zaman çaynikin də içinə quru çayın tökülməsidir. Bu proses su qaynadıqdan sonra, dəmləndikdə tökülməlidır. Əgər çaydanda su qaynaya-qaynaya quru çayı da çaynikə əlavə etmisinizsə bu zaman onun üzərinə soyuq su əlavə etməlisiniz.

Kafe və restoranlarda içdiyiniz çayların isə necə dəmləndiyini dadından anlaya bilərsiniz. Belə ki, acı dadlı çay, onun yaxşı dəmlənmədiyinin göstəricisidir.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar