DYP-dən sürücülərə son xəbərdarlıq - 50 manat cərimə GƏLİR

DYP-dən sürücülərə son xəbərdarlıq – 50 manat cərimə GƏLİR
Want create site? Find Free WordPress Themes and plugins.
DİN Baş DYP İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.
İdarədən A24.Az-a verilən məlumata görə, müraciətdə deyilir: “Yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar