DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO

DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Vətəndaşlarla Dövlət Yol Polisi əməkdaşları arasında zaman-zaman maraqlı ünsiyyət yaranır. Dövlət Yol Polisi əməkdaşları “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozan sürücülərin saxlanılmasından sonra əksər sürücülər qayda pozmadıqlarını sübut etmək istəyirlər.

“A24.az” “avtosfer.az”a istinadən xəbər verir ki, bir çox hallarda Dövlət Yol Polisi əməkdaşları səbirli şəkildə və qanunvericlikdən gətirilən əsaslarla sürücülərin qayda pozduqlarını sübut ediblər. Amma bu günlərdə sosial səbəkədə yayılan bir videoda görünür ki, sürücü yol nişanlarının tələblərini pozduğu üçün Dövlət Yol Polisi əməkdaşı tərəfindən durdurulur. Amma sürücü ilə polis əməkdaşı arasında dialoqun sonunda sürücü yol nişanları arasında ziddiyyət olduğunu və qanunvericiliyin verdiyi hüquqa uyğun davrandığını əsaslandıraraq özünün haqlı olduğunu göstərir. Bunun ardınca yol polisi əməkdaşı sürücüdən üzr istəyərək problemin aradan qaldırılması üçün əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını bildirir.

Amma videonun sonunda sürücü özü də “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozaraq əllərini sükandan çəkərək avtomobili idarə edir.

Həmin görüntüləri təqdim edirik:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar