DYP reyd keçirdi - 30-dan çox sürücü cərimələndi - VİDEO

DYP reyd keçirdi – 30-dan çox sürücü cərimələndi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

 Dövlət Yol Polisinin (DYP) əməkdaşları Ağdam rayonunda reyd keçiriblər.

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd minik avtomobilləri və kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə qarşı təşkil olunub.

Rayonun müxtəlif ərazilərində keçirilən reydə Post Paturul Xidmətinin (PPX) əməkdaşları da cəlb ediliblər. Reydin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, qayda pozan sürücüləri aşkar etmək, eləcə də sutkanın qaranlıq vaxtında kənd təsərrüfatı texnikalarının magistral yola çıxmasının qarşısını almaq və sürücülərlə maarifləndirici söhbətlər etmək olub.

Agdam RPŞ-nın DYP Bölməsinin rəisi Vasif Məmmədovun “Report”a verdiyi məlumata görə, reyd zamanı dövlət qeydiyyat nişanı olmayan, yükdaşıma qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib: “Həmçinin nəqliyyat vasitələrinin sürət həddini aşma, işiqforun qırmızı işığına məhəl qoymayan, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı 30-dan çox sürücü barəsində inzibati protokol tərtib edilib”.

Reyd zaman qaranlıq vaxtlarda traktorla yola çıxan sürücülərə də rast gəlinib və həmin sürücülərin digər nəqliyyat vasitələrinə təhlükə yaratmasının qarşısını almaq məqsədi ilə texnikalar YPX əməkdaşlarının müşayiəti ilə gedəcəyi ünvana çatdırılıb.

Qeyd edək ki, rayonda bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar