A24 Xeber

DYP sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət etdi

DYP sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət etdi
53
06 Avqust 2018 - 12:47

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən “A24.Az”a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsöndürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürülməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olması, ağır xəsarətlər alması, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

“Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar”, – Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00