DYP Zərdabda reyd keçirdi - 40-a yaxın sürücü cərimələndi - VİDEO

DYP Zərdabda reyd keçirdi – 40-a yaxın sürücü cərimələndi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Zərdab rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, ağırtonnajlı, iriqabaritli yük avtomobillərinin girişi qadağan olan yollarda hərəkət maşınların, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücüləri yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Reyd zamanı, ümumilikdə, 40-a yaxın avtomobilin sürücüsü barəsidə protokollar tərtib edilib və bəzi avtomobillərin istismarı dayandırılaraq müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.

Bundan əlavə, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, avtomobili saxla əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb.

Bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.

Reydlərin mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar