Əcnəbi tələbələrdən Mehmetçikə dəstək: Azərbaycanlı Gülün və tarın səsi KLİPDƏ - VİDEO

Əcnəbi tələbələrdən Mehmetçikə dəstək: Azərbaycanlı Gülün və tarın səsi KLİPDƏ – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Sakarya Universitetində təhsil alan əcnəbi tələbələr “Zeytun budağı” əməliyyatında iştirak edən mehmetçikə dəstək olmaq üçün klip hazırlayıb.

“A24.az” xəbər verir ki, videoda türk ordusuna sevgi dolu dəstək mesajları paylaşan Suriya, İraq, Azərbaycan, Yəmən, Bosniya və Hersoqovina, Fələstin, İndoneziya, Əlcəzair və Sudandan tələbələr olub.

Azərbaycandan Türkiyəyə təhsil üçün gələn Gül isə videoda “İllər əvvəl Türk Ordusu bizim də imdadımıza yetişdi. “Vəfalı türk yenə gəldi” demişdik. İndi də Afrin desin! Salam olsun sənə, Türk əsgəri” ifadələrini işlədib.

Sözügedən kilpdə Azərbaycan tarının sədaları altında əcnəbi tələbələr “Yol ver Türkün Bayrağına” türküsünü səsləndiriblər.

“A24.az” həmin klipi təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar