Əcnəbilərlə ailə quranların vətəndaşlıqdan çıxarılması doğru haldırmı? – Ekspertlər danışır

Əcnəbilərlə ailə quranların vətəndaşlıqdan çıxarılması doğru haldırmı? – Ekspertlər danışır
Want create site? Find Free WordPress Themes and plugins.

2014-cü ildə Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanuna edilmiş dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlağını almış şəxsin Azərbaycan vətəndaşlığına xitam verilir. Xarici vətəndaşlıq almış şəxs bu barədə Azərbaycanın müvafiq qrumlarına məlumat verməlidir. Əks halda, şəxsi ciddi cəza və cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu qanun 2014-cü ilədək vətəndaşlıq alan şəxslərə şamil edilmir. Bundan sonra isə başqa ölkənin vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığına xitam verilir.

Əvvəlcə ona nəzər salaq ki, Azərbaycanda xanımların çoxu xarici vətəndaşlarla ailə qururlar. Burada üstünlüyü Rusiya, Türkiyə vətəndaşı olanlar təşkil edir. Bəs həmin vətəndaşların taleyi necə olacaq? Boşanma proseduru varsa, həmin xanımlar hansı ölkənin vətəndaşlığını seçəcəklər?

A24.Az-a açıqlama verən türkiyəli vətəndaşla ailə həyatı quran Leyla Hüseynova qeyd edib ki,  Azərbaycan vətəndaşlığından çıxmaq istəmir. “Mənim nəslim-köküm Azərbaycandadır. Mən vətənimdən imtina etmirəm. Tez-tez də valideynlərimin, qohumlarımın yanına gəlirəm. Məncə bu qanunun tamamilə qüvvəyə minməsi ilə Azərbaycan itirən tərəf olacaq”.

“Kimə hara rahatdır, orda yaşayacaq. Azərbaycan öz vətəndaşını birdəfəlik itirəcək”

Nəsibova Fəxriyyə isə Rusiya vətəndaşı ilə ailə həyatı qurub və Rusiyada yaşayır. O qeyd edib ki,  bu qanun qüvvəyə minmədən öncə vətəndaşların fikirlərinə qulaq asmaq lazımdır. “Mənim övladım nənəsinin yanında qalır. Bütün qohum-əqrəbam, nəslim-köküm Azərbaycanda yaşayır. Bu necə ola bilər ki? Mən vətənimi sevirəm və Azərbaycan vətəndaşlığından da çıxmaq istəmirəm. Hər kəs istədiyi şəxslə evlənmək hüququna malikdir. Axı nəyə görə xarici vətəndaşla evləndiyimə görə, Azərbaycan vətəndaşlığından çıxarılmalıyam? Əgər belə olacaqsa, kimə hara rahatdır, orda da yaşayacaq. Beəliklə, Azərbaycan öz vətəndaşını birdəfəlik itirəcək”.

Hüquqşünas Tahir Əlirzayev A24.Az-a açıqlamasında bildirdi ki,  Azərbaycanın  öz qanunları var.

Tahir Əlirzayev- Hüquqşünas

“Biz Konstitutisiyamızın qanunlarını qəbul etməyik. Azərbaycan  hüquqi dövlətdir, biz siyasi hüququmuzu bilməliyik. Başqa ölkənin vətəndaşlığını qəbul etmək vətəndaşın öz seçimidir. Bizim qanunda  bununla bağlı normalar qəbul edilib. Həm konstitusuyamızda dəyişiklik edilib, həm də cinayət məsuliyyəti də təyin edilib. Xarici vətəndaşlıq almış şəxs bu barədə Azərbaycanın müvafiq qrumlarına məlumat verməlidir. Əks halda, şəxsi ciddi cəza və cinayət məsuliyyətinə cəlbetmə gözləyir. Bu normal haldır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə isə bu, düzgün addım deyil.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu

“Nə kişiləri, nə də qadınları Azərbaycan vətəndaşlığından çıxarmaq düzgün deyil. Bunların torpağıdır Azərbaycan, anası burda,  atası burda. Mən hesab edirəm ki, istisna olmaqla belə bir şey qəbul edilməlidirlər ki, xarici vətəndaşlarla ailə quranların  ikinci vətəndaşlığı əlindən alınmasın”.

Hüquq müdafiəçisinin fikrincə, qanun xarici ölkənin vətəndaşı ilə ailə quranlar boşandıqdan sonra problem yaradacaq. “Vətəndaşlıqdan çıxardırsan,  bəlkə bir ildən sonra boşanacaq. “Nə bura gələ bilir, nə də oranın vətəndaşlığını qəbul edə bilir”.

Hüquqşünas İradə Cavadova isə bildirdi ki, bir xarici vətəndaş digər şəxslə ailə quranda mütləq deyil ki, sən onun vətəndaşlığını qəbul edəsən.

Hüquqşünas İradə Cavadova
Hüquqşünas İradə Cavadova

“Bu, ölkələrin qanunlarından asılıdır. Bizim qanunvericilikdə ikili vətəndaşlıq qəbul edilmir.  Elə ölkələr var ki, ikili ölkənin vətəndaşını qəbul edir. Əgər ailə quranda şəxs vətəndaşlıq qəbul edibsə, boşananda vacib deyil ki, vətəndaşlıqdan çıxarılsın”.

Hüquqşünas qeyd edir ki,  qanunda müəyyən qüsurlarn olması danılmazdır. “Qanunvericiliyə biz diqtə edə bilmərik. Azərbaycanda ikili vətəndaşlıq qəbul edilmir. Müəyyən problem varsa, müzakirəyə çıxarılmalı,  dəyişilməlidir”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Maraqlı, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar