Əfqanıstan prezidenti İlham Əliyevi təbrik edib

Əfqanıstan prezidenti İlham Əliyevi təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

A24.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olmuşdur. Xalqlarımızın yaxın dost kimi bir-birinin yanında olmalarından xoşbəxtəm.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsini arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar