A24 Xeber

Əfqanıstanda polis məntəqəsinə hücum: 12 nəfər öldü

Əfqanıstanda polis məntəqəsinə hücum: 12 nəfər öldü
17
20 İyul 2018 - 15:20

Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal “Taliban” hərəkatının yaraqlılarının hücumu nəticəsində yerli polisin azı 12 əməkdaşı ölüb.

“Taliban” yaraqlıları dünən gecə saatlarında yerli polisin nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum ediblər.

Polis nümayəndəsi hücumun olduğunu təsdiqləyib, amma ölənlər barədə dəqiq məlumat verməyib. Onun sözlərinə görə, yaraqlılar ağır itkilər verdikdən sonra geri çəkilib və təhlükəsizlik qüvvələri NBM-ə nəzarəti ələ almağı bacarıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00