A24 Xeber

Əfqanıstanda QARŞIDURMA: 20 polis öldürüldü

Əfqanıstanda QARŞIDURMA: 20 polis öldürüldü
30
22 May 2018 - 10:55

Əfqanıstanın mərkəzində radikal “Taliban” hərəkatının silahlıları ilə baş verən  qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

“A24.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00