A24 Xeber

Əfqanıstanın xarici işlər naziri Azərbaycana gəlir

Əfqanıstanın xarici işlər naziri Azərbaycana gəlir
26
04 Aprel 2018 - 10:21

Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlir.

“A24.az”ın məlumatına görə, Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbaninin rəhbərlik etdiyi nümayəndə heyəti 5-6 aprel 2018-ci ildə “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirak etmək üçün aprelin 4-7-də Bakıda səfərdə olacaq.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00