A24 Xeber

Əfran İsmayılov “Qarabağ”dan ayrıldı

Əfran İsmayılov “Qarabağ”dan ayrıldı
40
16 May 2018 - 18:19
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov “Qarabağ” klubu ilə yollarını ayırıb. 
A24.Az xəbər verir ki, bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: “Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm”.
Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan “Qarabağ”da çıxış edirdi. O, 2009 – 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.
A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00