A24 Xeber

Əfsanə film geri qayıdır: “Hababam sinfi” yenidən çəkilir

Əfsanə film geri qayıdır: “Hababam sinfi” yenidən çəkilir
56
04 Sentyabr 2018 - 22:27

Məşhur “Hababam sinfi” kinolar silsiləsinə daha biri əlavə ediləcək.

“A24.Az” TRT-yə istinadən xəbər verir ki, yeni çəkiləcək filmin 2019-cu ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

Məlumata görə, yeni ekran işi Doğa Can Anafartanın rejisorluğu ilə çəkilir. Ssenarini isə Evren Ərdoğan və Ayşe Balıbey yazıb.

Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan “Hababam sinfi” əfsanəvi rejissor Ertem Eğilmez tərəfindən yazıcı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00