Əfsanə qolkiper qaynanasının silahlı hücumuna məruz qaldı - VİDEO 

Əfsanə qolkiper qaynanasının silahlı hücumuna məruz qaldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna millisinin əfsanə qolkiperi Aleksandr Şavkovski keçmiş qaynanasının silahlı hücumuna məruz qalıb.

A24.Az xəbər verir ki, futbolçu sosial media hesabında video paylaşaraq, keçmiş həyat yoldaşı Olqa Alenovanın anası, Lyubov Pavlovna tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib.

Videoda Şavkovski hansısa bir evin qapısını döyür. Ona balkondan cavab verən qadın, Şavkovski və sözügedən anı görüntüləyən adama əvvəlcə daş atıb. Daha sonra otağa geri qayıdan qadın silahla geri dönüb. Qadın Şavkovskiyə qışqırdıqdan sonra ona üç dəfə atəş açıb. Qaçaraq hadisə yerindən uzaqlaşan futbolçu, açıqlamasında həmin evə qızını almaq üçün getdiyini və belə hücuma məruz qaldığını bildirib.

Nərmin Kərim, A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar