A24 Xeber

Əfsanəvi futbolçu iki qadınla birdən evlənir – İDDİA

Əfsanəvi futbolçu iki qadınla birdən evlənir – İDDİA
50
25 May 2018 - 14:50

Əfsanəvi futbolçu Ronaldinyonun iki qadınla birdən evlənəcəyi iddia edilir.

A24.Az xəbər verir ki, bu barədə Braziliya mətbuat yazıb.

İddialara  görə, əfsanəvi futbolçu bir müddətdir, Prisilla Kuelyo və Beatris Souza ilə nişanlıdır. Ronaldinyo Rio-de-Janeyroda,  5 milyon funt dəyərindəki otelində, iki nişanlısı ilə bərabər yaşayır.

İddialara görə, futbolçu bir-birilərini qısqanmamaları üçün hər iki qadına da eyni hədiyyələri alır.

Qeyd edək ki, Ronaldinyo yanvar ayında, hər iki qadına da evlilik təklif edib və ikisindən də “hə” cavabını alıb. Yaxın günlərdə futbolçunun  özəl bir mərasimlə,  hər iki qadınla da birdən evlənəcyi gözlənilir.

Nərmin Kərim, A24.Az 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00