Əfsanəvi TAPINTI: Orda yaşayan hər kəs LİLİPUT olub- FOTOLAR

Əfsanəvi TAPINTI: Orda yaşayan hər kəs LİLİPUT olub- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Evlər qışda tez isinib, yayda isə çox isti olmayıblar

İranda liliputların kəndi aşkarlanıb. 

A24.Az Sputnik-ə istinadla xəbər verir ki, buradakı evlərin hündürlüyü 1,5 metrdən artıq deyil.

 

Çox zaman liliputların kəndi kimi tanınan İranın Maxunik kəndi Cənubi Xorasanda yerləşir. Bu yer öz kiçik evləri ilə məşhurdur. Hazırda kənddə 200-ə yaxın ev var.

 

Kənddə müasir ölçüdə tikilmiş yeni evlər də var. Ancaq çoxluğu kiçik qapıları olan 1,5 hündürlükdə olan evlər təşkil edir. Bu evlərdə normal insan ayaqüstə dayana bilmir.

 

Məlumata görə, burada 100 il əvvəl qısa boylu insanlar yaşayıb. Pis su, genetik pozulma və seyrək qida rasionu bu insanların mutasiyaya uğramasına və qısa boylu olmasına səbəb olub.

Yerli sakinlər bütün evləri normaldan kiçik tikdikləri üçün burada hər zaman rahatlıq olub. Evlər qışda tez isinib, yayda isə çox isti olmayıblar.

Hazırda Maxunik kəndinin 700-ə yaxın sakini var. Onlar normal boyda olduqları üçün kiçik evlərdə kimsə yaşamır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar