Əhalidə aşkarlanan xəstəliklər açıqlanıb

Əhalidə aşkarlanan xəstəliklər açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir.

A24.Az xəbər verir ki,  iki ay ərzində 1912405 nəfər tibbi müayinələrdən yararlanıb.

Onlardan 919075 nəfər kişi, 993330 nəfəri isə qadındır.

Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib.

Eyni zamanda, 13298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəliklər qeydə alınıb.

Müayinələr nəticəsində 2830 nəfər hospitalizasiya olunub, 66851 nəfər sağlamlaşdırılıb. 604479 nəfər əlavə müayinələrə cəlb olunub.

Müayinələr mayın 12-dək davam edəcək.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar