A24 Xeber

Əhalinin nəzərinə: Bu gün Yasamalda qaz olmayacaq – Səbəbi

Əhalinin nəzərinə: Bu gün Yasamalda qaz olmayacaq – Səbəbi
78
04 Aprel 2018 - 9:55

Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“A24.az” bildirir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 04-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri, həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00