Əhmədinejaddan Ruhaniyə İSTEFA TƏLƏBİ

Əhmədinejaddan Ruhaniyə İSTEFA TƏLƏBİ
Want create site? Find Free WordPress Themes and plugins.

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkənin hazırkı prezidenti Həsən Ruhaninin istefa verməsini tələb edib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün sosial şəbəkədən canlı yayım edən Əhmədinejad, İran xalqının hazırkı hökumətə inamının qalmadığını önə sürərək Ruhaniyə xitabən “Sizin mövcudluğunuz ölkənin zərərinə işləyir” açıqlaması verib.

İqtisadi böhranı tənqid edən Əhmədinejad “Ruhani, anbarların və xəzinənin boş olduğunu, hökumətin də borclu olduğunu söyləyib. Bu sözlərin heç biri doğru deyil. Bu qədər zaman keçib və hazırda 5 illik bir iqtisadi depressiyanın ölkəyə təsir etdiyini göstəririk”, – deyə bildirib. 61 yaşlı sabiq siyasətçi xalqın artıq Ruhaniyə inanmadığını bildirib: “Bunu anlamağınız üçün necə ifadə etməliyəm? Prezident mövqeyində qalmağınız həm ölkənin, həm də şəxsinizin zərərinə olacaq. Xalqımızın razılığını əldə etməyiniz lazımdır. Bəlkə də bunun ən yaxşı yolu artıq prezidentinizə davam etməməyinizdir”, – deyə Mahmud Əhmədinejad qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar