A24 Xeber

Ekspertdən HƏYƏCAN təbili: “Bazarda alqı-satqı yox səviyyəsindədir”

Ekspertdən HƏYƏCAN təbili: “Bazarda alqı-satqı yox səviyyəsindədir”
1. 115
31 Mart 2017 - 17:54

“2017-ci ilin ilk üç ayında daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı azalıb”.

Bu fikriləri A24.Az-a açıqlamasında daşınmaz əmlak eksperti Rəşad Əliyev bu ilin 3 ayı ərzində mənzil bazarındakı durumu qiymətləndirərkən deyib.

Ekspertin sözlərinə görə, 3 aylıq nəticəni hesablamaq üçün bir müddət vaxt lazımdır ki, bazardakı vəziyyəti dəqiq statistik rəqəmlərlə öyrənib təhlil edək:

“Amma ümumi şəkildə bazardakı vəziyyətə baxdıqda demək olar ki, son 3-4 ayda, yəni 2016-cı ilin dekabrından bu vaxta qədər demək olar ki, müəyyən qədər cüzi şəkildə qiymətlərdə “oynama” olub. Buna səbəb isə həm psixoloji təsir, həm də valyuta bazarında baş verən  gərginliklə bağlı olub. Ümumi şəkildə qiymətlərin hansı istiqamətdə dəyişməsindən danışdıqda isə heç bir dəyişiklik olmadığını, qiymətlərin sabit qaldığını deyə bilərik. Sabit dedikdə mənfi, müsbət 2-3% civarda qiymətlər dəyişib. Qiymətlər sabit qaldığından mənzil bazarında qiymətlərin ucuzlaşdığını da demək olmaz. Çünki qiymətlər nə ucuzlaşıb, nə də bahalaşıb. Qiymətlərin dəyişməsi ilə bağlı dəyişiklik tərəfimizdən qeydə alınmayıb. Daşınmaz əmlak bazarında ümumi şəkildə qiymətlər formada olub. Daha yaxşı səviyyədə təmir olan mənzillərin qiymətlərində ucuzlaşma qeydə alınmayıb”.

Təkrar mənzil bazarında qiymətlərin hansı səviyyədə olmasında söz açan ekspert qiymətəri ucuz olan mənzillərin satışında dinamikanın yaxşı olduğunu vurğulayıb:

“Amma bu sözləri daha yüksək qiymətlə satılan daşınmaz əmlaklara aid etmək olmaz. Çünki bahalı qiymətə satılan mənzil bazarında durğunluqdur. Daşınmaz əmlak bazarında hazırda nisbilik çox aşağıdır. Yəni alqı-satqı əməliyyatlarının da sayı azalıb. 2017-ci ildə danışmaz əmlak bazarında qiymət dinamikası və alqı-satqı canlı olmayıb”.

Qeyd edək ki, ekspertlər 2016-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlərin dollar ekvivalentində 31,53 faiz azaldığını bildirmişdilər.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00