A24 Xeber

Əl-Qaidə liderindən Qüdslə bağlı çağırış: Yeganə yol cihaddır

Əl-Qaidə liderindən Qüdslə bağlı çağırış: Yeganə yol cihaddır
83
14 May 2018 - 12:03

Əl-Qaidə lideri Eymen El-Zəvahiri Qüds üçün cihad çağırışı edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Zəvahiri verdiyi açıqlamasında bunları deyib:

“ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi fələstinlilərin bir daha arxadan bıçaqlandığını göstərərək Amerikanın qarşılıqlı anlaşma məsələsindəki həqiqi simasını və saxtakarlığını bir daha üzə çıxarmış oldu”.

5 dəqiqəlik videogörüntülü danışan Zəvahiri sözlərinə bunları da əlavə edib:

“Tramp bu qərarı ilə xaç yürüşü planlarının çoxdan başladığnı açıq şəkildə bəlli etdi. Müsəlmanların bu qərara qarşı hərəkətə keçib cihad etməsi lazımdır”.

Xatırladaq ki, 2011-ci ildə Usama bin Ladinin öldürülməsindən sonra Əl-Qaidənin lideri olan misirli həkim Zevahiri Fələstin hökumətini xain elan edərək “Bunlar Fələstini satdı” deyib. Bundan başqa, Zəvahiri müsəlman ölkələrinin uğursuz olduğunu və yeganə çarəsinin İslam şəriəti olduğunu vurğulayıb.

Əl-Qaidə lideri sözlərini bu şəkildə yekunlaşdırıb:

“Bunlar (Qərb) müzakirələrdən, oturub danışmaqdan anlamır və bu yol fayda vermir. Anladıqları yeganə şey və yeganə həll dirəniş və cihaddır”.

Qeyd edək ki, bu gün ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək. Bununla bağlı Qüdsdə böyük şənlik keçiriləcək. İsrail təhlükəsizlik qüvvələri bu günü qeyd etmək üçün yüksək səviyyəli tədbirlər görüb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00