Əl sıxaraq ölüm riskinizi öyrənin

Əl sıxaraq ölüm riskinizi öyrənin
Want create site? Find Free WordPress Themes and plugins.

Kanadalı elm adamları əl sıxmaqla ürək-damar xəstəlikləri riskini öyrənməyin mümkün olduğunu açıqlayıblar.

“A24.az” xəbər verir ki, alimlər bildiriblər ki, dinamometr aləti sayəsində əl sıxaraq əzələlərin gücünü ölçmək və bununla da ürək-damar xəstəliklərinə yaxalanma, hətta erkən ölüm riskini müəyyənləşdirmək mümkündür.

17 ölkədən 35-70 yaşındakı 140 mindən çox insanın iştirak etdiyi araşdırma sübut edib ki, 5 kiloqram güc itkisi erkən ölüm riskini 16 faiz artırır.

İnsanın əl əzələləri nə qədər güclüdürsə, ürək damar xəstəliklərinə yaxalanma riski bir o qədər az olur.

Elm adamları “dinamometr testi”nin hələlik, təcrübə mərhələsində olduğunu, ancaq gələcəkdə bu üsulun təzyiqin ölçülməsində daha etibarlı nəticə verə biləcəyini iddia edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar