A24 Xeber

Elektron ticarətlə məşğul olanlar DİQQƏT: Nazirlik buna görə maliyyə sanksiyası tətbiq edir – ÖZƏL

Elektron ticarətlə məşğul olanlar DİQQƏT: Nazirlik buna görə maliyyə sanksiyası tətbiq edir – ÖZƏL
785
10 Mart 2017 - 12:02

“Sahibkarlar tərəfindən dövlət vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident banklarda və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba pul vəsaitinin mədaxil edilməsinə görə, vergi ödəyicisinə həmin məbləğin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.

Bunu A24.Az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin aparat rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyev onlayn xidmətlərə 18%-lik ƏDV tətbiq edildikdən sonra bəzi iş adamlarının bu vergidən yayınma hallarını şərh edərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, Vergi Məcəlləsinin 1 yanvar 2017-ci tarixdən qüvvəyə minən müddəalarına əsasən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən ƏDV-nin hesablanması və alıcının vəsaiti hesabına tutularaq dövlət büdcəsinə ödənilməsi yalnız vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan şəxslərin (vətəndaşların) apardığı elektron ödənişlər zamanı tətbiq edilir:

“Vergi orqanlarında qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları belə əməliyyatlar qeyri-rezident şəxslə həmin sahibkar arasında bağlanmış müqavilələrlə tənzimlənir və qeyri-rezidentə ödənilən müqavilə dəyərindən ƏDV-nin və ödəmə mənbəyində tutulan verginin hesablanması həmin sahibkarların öhdəliklərinə aid edilir. Sahibkarlar tərəfindən dövlət vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bankalarda və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba pul vəsaitinin mədaxil(bir idarə, ticarət-sənaye müəssisəsi və ya şəxsin bütün gəliri; gəlir) edilməsinə görə vergi ödəyicisinə həmin məbləğin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən qeyri-rezident şəxslərdən iş və xidmət alınan zaman vergi öhdəliklərinin yerinə yetirilməsi qaydasında qanunvericilikdə hər hansı dəyişiklik baş verməyib. Sorğunuzda qeyd etdiyiniz hallar qarşı mövcud qanunvericilik sabit nəzarət mexanizminə malikdir və praktikada belə hallar müşahidə edilməyib”, – deyə məlumatda qeyd edilib.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00