Ələt-Astara yolunda qəza: 2 nəfər yaralandı - FOTOLAR

Ələt-Astara yolunda qəza: 2 nəfər yaralandı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ələt-Astara magistralının 200 km-də, yolun Lənkəran rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, “VAZ-2107” markalı “42-BL-759” dövlət qeydiyyat nişanlı avtomobil Digah kəndi ərazisində 1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Abbasov Qurbanın idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü və Ürgə kəndindən olan 1981-ci il təvəllüdlü sərnişini Samir Şiriyev xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən Q.Abbasova qapalı kəllə-beyin travması, alın-gicgah nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar