A24 Xeber

Əli Abbasovun qohumunun arvadı həbs olundu

Əli Abbasovun qohumunun arvadı həbs olundu
58
31 May 2018 - 12:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaq da və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qaımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

A24.Az “Report”a isitnadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə N.Qasımov özünü qismən, X.İmaməliyeva ilə A.Cəfərova isə özlərini təqsirli bilmədiklərini deyib.

Daha sonra N.Qasımov sərbəst ifadə verib. O, dərman satışı ilə məşğul olduğunu deyib: “Amma həmin dərmanların lisenziyasının olub-olmadığını isə bilmirdim. Özümü yalnız Cinayət Məcəlləsinin 240-cı (güclü təsiri olan zəhərli maddələrin satışı) maddəai ilə təqsirli bilirəm. Özümü qismən təqsirli bilməyimin səabəsi isə həmin dərmanların reseptlə satıldığından xəbərimin olmaması olub. Digər dərmanları şirkətlərdən alırdım. Aidə ilə Xatirə isə işçilərim olub. Biri satıcı, digəri kassir kimi çalışırdı”.

N.Qasımov dindirilən zaman dərmanları tanımadığı şəxsdən aldığını söyləyib: “Həmin dərmanların ağrıkəsici olduğunu bilirdim. Dərmanları adətən ruhi xəstələr alırdı”.

Hakim bildirib ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışı ilə bağlı ittiham edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona həbsiz cəza verilib.

N.Qasımov isə bu barədə məlumatının olduğunu qeyd edib.

Digər təqsirləndirilən A.Cəfərova ifadəsində bildirib ki, dərmanları aptekdə resept vasitəsi ilə satıb “Uzun müddət idi ki, işsiz idim. Həmin aptekə təzə işə düzəlmişdim. Bir həftə olardı ki, işləyirdim, sonra bu hadisə oldu. Mən işə gələndə həmin dərmanlar “vitirin”də idi. Kim tərəfindən alındığından xəbərim olmayıb. “Tramadol” dərmanının satışından əlavə pul almırdım”.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib.

Təqsirləndirilən X.İmaməliyeva dindirilən zaman vurğulayıb ki, N.Qasımovun aptekində çalışıb. O deyib ki, qanunsuz dərmanların aptekə gətirilməsindən xəbəri olub: “Bu barədə Natiq müəllimdən soruşdum, o isə lisenziyasının olduğunu bildirdi. Dərmanları aptekə kimin gətirdiyini görməmişəm. Yəqin ki, Natiq müəllimin özü gətirirdi. O, dərmanları sifariş verirdi. Biz işə gələndə dərmanlar işdə olurdu”.

Prokuor bildirib ki, X.İmaməliyeva ibtidai istintaqda “Tramadol” dərmanın satışından əldə edilən pulun kassaya vurulmadığını deyib.

X.İmaməliyeva həmin zaman həyəcanlı olduğunu deyib.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan – hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda – 1 qutu “Benzilbenzoat”, 1 qutu “Chondrocsil GEL 100 ml”, 3 qutu “MGK Baralqin № 100”, 1,5 qutu “Silentex N 30”, 1 qutu “İmunitex N 30”, 21 konvalyut “Mukaltin 50 mq № 10”, 22 konvalyut “Dimedrol 50 mq № 10”, sertifikatı olmayan 13 adda – 5 qutu “Bonaksim 1 qr N 1”, “Auqmentin suspenzia 70 ml № 1”, 1 qutu “Amitriptilin 25 mq № 50”, 2 qutu “Nirofen 200 mq N 24”, 1 qutu “Uprofloksain 02 % 100 ml № 1″, 7 konvalyut Difenin 117 mq № 10”, 1 qutu “Dilatrent 12,5 mq № 30”, 1 qutu “Triamzur Kompozitum 37,5 mq № 50”, 2 qutu “Korinfar 10 mq № 100”, 3 qutu “Validol 50 mq № 40”, 1 qutu “Preduktal MR 35 mq № 60”, 1 qutu “Streptosit 5% 30 q Liniment” və 5 qutu “Nurofen S 3x 100 ml № 1” adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məhkəməbin hazırlıq iclasında məlum olub ki, həbsdə olan N.Qasımov “Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mətbuatda gedən məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00