Əli Həsənov "TRT WORLD" telekanalı ilə dünyaya bunları duyurdu - (VİDEO VƏ MƏTN)

Əli Həsənov “TRT WORLD” telekanalı ilə dünyaya bunları duyurdu – (VİDEO VƏ MƏTN)
Want create site? Find Free WordPress Themes and plugins.

Xocalı soyqırımının ildönümündə Türkiyənin TRT WORLD kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər hazırlayıb. 

Sərhəd bölgələrində, dövlət qurumlarında, Şəhidlər Xiyabanında və Azərbaycanın çeşidli bölgəsində olan TRT WORLD əməkdaşları – Oubai Shahbandar (Presenter), Atakan Kerküklü (Field Producer), Kürşat Uresin (Cameraman) – böyük bir iş bacarıblar.

Bu gündən etibarən, TRT -nin yayım setində Azərbaycana dair silsilə verilişlər ingilis dilində dünyaya təqdim olunur.

Təqdim edilən verilişlər arasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənovun TRT WORLD kanalına eksklüziv müsahibəsi də var. 

Həmin müsahibənini mətnini və videosunu təqdim edir:

“Bu gün artıq 30 ilə yaxındır biz Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin azad olunması və oradan didərgin salınmış, köçkünə çevirilmiş insanların geri qaytarılması uğrunda mübarizə aparırıq. 1990-1992 ci illərdə ermənilər Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 10 faiz ərazisini işğal ediblər və işğal olunmuş ərazidən bir milyondan artıq insanı ev-eşiyindən didərgin salıblar. Azərbaycan bununla bağlı BMT-də məsələ qaldırmış və BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələr ermənilərin bu əraziləri dərhal tərk etməsi və qaçqın-köçkünlərin öz yerinə qaytarılması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatından əlavə , ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO, İslam ölkələri və İslam konfransı təşkilatları və digər təşkilatlar da erməniləri işğal altında olan torpaqları tərk etmək və Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək haqqında qətnamələr çıxarmışlar.

Təəssüflər olsun ki, Ermənistan onu himayə edən bəzi dövlətlərin və bəzi beynəlxalq təşkilatların ikili standartlarına söykənən siyasətinin veridyi imkanlardan istiafadə edərək bu torpaqları hələ də işğal altında saxlamaqda davam edir. Nəyə görə onlar torpaqlardan çıxmır? Çünkü Ermənistan Azərbaycana qarşı ərazi iddiası iləri sürür və bu əraziləri Ermənistan tərkibinə qatmaq istəyir. Sülhün təməlində iki prinsip var. Birincisi, ölkələrin ərazi bütövlüyünün pozulmazlığı prinsipidir. Yəni işğal altında olan torpaqlar geri qaytarılmalıdır. İkinci şərt işğal altında olunmuş torpaqlardan qaçqın-köçkünə çevrilmiş insanların geri döndərilməsi və onların dinc firavan həyatının təmin olunmasıdır. Ermənistan dünyadakı ikili standartlardan istifadə edərək hələ ki beynəlxalq təşkilatların bütün tələblərini, o cümlədən bu işdə iştirak edən ATƏT –in Minsk grupunun tələblərini görməzliyə vurur. Hələ ki biz ümid edirik ki, sülh yolu ilə bu torpaqları geri qaytarmaq mümkün olacaq, ancaq onu qeyd edim ki, Ermənistan buna imkan yaratmır.

Bu müharibədə Azərbaycan 30 mindən çox insan itkisi verib. Yəni 30 mindən çox azərbaycanlı Dağlıq Qarabağ müharibəsində qətlə yetirilib. Yüzlərlə azərbaycanlı da əsirlikdədir, itkin düşüb. Ermənistan hələ də o əsirləri əlində saxlamaqda davam edir və itkinlərlə bağlı bizə lazım olan informasiyaları verməkdən də çəkinir.

Bütün beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun hər il Ermənistanın və Azərbaycanın əllərində olan əsirləri dəyişdirmələroini tələb etməsinə baxmayaraq, Ermənistan bu tələbə məhəl qoymur. Azərbaycan bütün əsirləri verib, ancaq ermənilər hələ də azərbaycanlıları girovda saxlayır, əsirləri geri vermək istəmirlər.

Hər 8 azərbaycanlıdan biri qaçqındır. Biz artıq 10 milyona yaxınlaşırıq və bunun bir milyondan çoxu qaçqındır, deməli, hər 8 azərbaycanlı bir qaçqını saxlamalıdır. Biz, demək olar ki, 30 ildir ki, o insanları dövlətin hesabına saxlayırıq.

Dəhşətlisi odur ki, ermənilər burada təkcə ərazi işğal etməklə deyil, soyqırım törətməklə məşğul olub, azərbaycanlıları kütləvi surətdə öz doğma yurdlarında ya öldürüblər ya da didərgin salıblar.

“Təmas nöqtəsində hər an ciddi döyüş ola bilər”

Təmas nöqtəsində hər an ciddi çatışma ola bilər və bu çatışma hər an ciddi muharibəyə çevrilə bilər. Çünkü ermənilər təkcə işğal etdikləri ərazilər ilə kifayətlənmirlər. Həmçinin tutduqları yüksəkliklərdən, mövqelədən cəbhə bölgəsindəki Azərbaycan kəndlərini dinc insanların yaşadığı məskənları davamlı olaraq atəşə tuturlar. 2016-cı ilin aprelində də belə oldu. Həmin o yüksəklilərdən Azərbaycanda dinc əhalinin yaşadığı kəndləri atəşə tutmağa başladılar və biz itki verəndən sonra Azərbaycan ordusu o mövqelərə hücum etməyə məcbur oldu. İnsanlar tələb edir ki, “biz öz doğma evimizə, yurdumuza qayıtmalıyıq”. O tələbin qarşısında, əlbəttə, Azərbaycan dövləti zaman-zaman ərazilərini digər vasitələrlə, yəni hərb yolu ilə azad etmək haqqında düşünür. Biz hələ də düşünürük ki, ermənilər sülh yolu ilə onlara göstərilən beynəlxalq təzyiqlərdən sonra bu torpaqları geri verəcəklər, ancaq verməsələr Azərbaycan ordusu hər an hazırdır ki, öz torpaqlarını azad etsin. 2016-cı ilin aprel ayında Azərbaycan ordusu sübut etdi ki, kim güclüdür və lazım olsa öz torpaqlarını azad edə bilər. Sadəcə, biz əlavə qan tökülməsini istəmirik.

Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşın arxasında tək Ermənistan dövləti deyil, o cümlədən erməni lobbisi durur. Ermənistanı bəzi beynəlxalq güclər, bəzi böyük dövlətlər, xarici dairələr, erməni lobbisinin vəsaiti ilə maliyyələşən bəzi xarici siyasətçilər himayə edir.

Biz də beynəlxaq aləmdə öz haqlarımızı tanıtmaq, Xocalı soyqırımını, erməni vəhşiliklərini tanıtmalıyıq. Hazırda Xocalı soyqırımını tanıyan dünyada çox sayda ölkələr, icmalar, ayrıca ABŞ-da ştatlar var. Beynəlxalq təşkilatların əksəriyyəti Xocalı ilə bağlı öz münasibətini açıqlayıb və Xocalı qətliamında ermənilərin törətdiyi vəhşiliklərə ön münasibətini bildirib. Yəni Azərbaycan dövləti də bacardığı qədər uğurlu işlər edir və bunun da nəticlələri var.

“Xocalını dünya tanısın və gələcəkdə belə vəhşiliklərə son qoyulsun”

Biz bu işi, əlbəttə, davam etdirəcəyik. O vaxta qədər ki, ermənilər özləri törətdikləri bu vəhşiliyə görə Azərbaycan xalqından üzr istəyəcək və Xocalı qətliamında törətdikləri o vəhşilikləri etiraf edəcəklər. Biz Xocalıya görə ermənilərdən qisas almaq istəmirik. Biz istəyirik ki, Xocalını dünya tanısın və gələcəkdə belə vəhşiliklərə son qoyulsun.

“Türkiyənin ərazi bütövlüyü, torpaq bölünməzliyi təhdid altındadır”

Türkiyənin də bölgədə çoxsaylı problemləri var. O cümlədən Türkiyə sərhədlərində PKK ilə yanaşı, Türkiyəyə qarşı illərdir savaş aparan qüvvələr var. Bunlar beynəlxalq qüvvələr və böyük güclər tərəfindən himayə olunur. Türkiyənin ərazi bütövlüyü, torpaq bölünməzliyi təhdid altındadır. Türkiyə bölgədə müsəlman dövləti olduğuna görə ona qarşı Avropada və dünyada bəzi ədalətsiz addımlar atılır. Eyni şeylər Azərbaycana qarşı da olur. Ona görə biz Türkiyə ilə bütün bu problemlərə birgə sinə gərmək zorundayıq.

Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti təhdid etmir və heç bir dövlətin torpağında, sərvətində gözü yoxdur. Amma eyni zamanda özünü beynəlxalq ərazi bütövlüyü hüququnu, suverenlik və təhlükəsizlik hüququnu kimsəyə güzəştə getmək fikrində deyil. Həm Türkiyə, həm də Azərbaycan bölgədə, eləcə də dünyada sülhün insanlar arasında hökm sürməsinə çalışır və bu istiqamətdə də bütün bacarığını ortaya qoyub. Bütün bu dediklərim, eyni zamanda bizim dil, soy, din və mədəni bilriyimiz bizə əsas verir ki, Türkiyə ilə bir və bərabər olaq və bərabər də fəaliyyət göstərək.

Bu bağların təməli sağlam qoyulub. Türkiyə və Azərbaycan birliyi kiməsə qarşı deyil, kiminsə ərazisinə müdaxilə məqsədi daşımır. Kiməsə pislik etmək məqsədi daşımır. Yalnız sülhə tərəqqiyə və insanlar arasındakı barışa xidmət edir.

Bizim birliyimizdən, qardaşlığımızdan nə bölgənin böyük dövlətləri Rusiya İran ,nə balaca dövlətləri Ermənistan, Gürcüstan və Orta Asiya dövlətləri heç bir zaman bundan bir ziyan görməyiblər. Yalnız bu o dövlətlərin xeyrinə olub.

“Azərbaycan güclü bir ordu yaradıb”

Azərbaycan güclü bir ordu yaradıb, o ordunu da lazımı olan hər şeylə, o cümlədən texniki və fiziki resurslarla təmin edirik. Bunu Rusiyadan da, İsraildən də, Avropa dövlətlərindən də başqa dövlətlərdən də alırıq. Azərbaycan ordusu ölkənin vergi ödəyicisinin hesabına öz ordu quruculuğunu həyata keçirir və ölkənin sərhədlərinin təhlükəsizliyi məsələsində lazımı olan işləri görür. Ona görə bizim həm Rusiya, həm İran, həm Türkiyə, həm də digər dövlətlərlə münasibətlərimiz yaxşıdır və yaxşı olmaqda davam edəcək. Ancaq ermənilər başqalarının hesabına milli tarixi siyasət yeridirlər. Öz vergi ödəyicilərinin yox, başqa ölkələrin vergi ödəyicilərinin hesabına yardım şəklində orduya lazımı olan şeyləri alırlar.

“Kənar qüvvələr İranla Azərbaycanı bir-birinə qarşı qoymaq istəyir”

Türkiyə ilə dediyim nüansların çoxu İrana da aiddir. Çünkü İran xalqı ilə də Azərbaycan xalqını birgə din, oxşar mədəniyyət kimi xüsusiyyətlər birləşdirir. İranda çoxsaylı türklər və 30 milyona yaxın azərbaycanlı yaşayır. Digər məsələlər bizim maraqlarımızın birgə olduğunu və regional sülhə, tərəqqiyə onların da, bizlərin də ehtiyacı olduğunu göstərir. Azərbaycan və İran dövlətinin, xalqının maraqlarında odur ki, biz dost olaq, birgə olaq. Amma bəzi dairələr var (Ermənistan dövləti də onların sırasındadır), zaman-zaman İranda Azərbaycana qarşı bəzi tədbirlər üçün dəstək verir və görüntülər yaradır ki, İranla Azərbaycan arasında qarşıdurma var, maraqlar üst üstə düşmür və s. Yəni kənar qüvvələr İranla Azərbaycanı bir-birinə qarşı qoymaq istəyir.

Həm regionumuzda, həm dünyada, həm İranın daxilində, həm Azərbaycanın içində, həm də bizi əhatə edən bu coğrafiyada iki dövləti bir-birinə qarşı qoymaq istəyən yetərincə qüvvələr var. Əlbəttə, biz də dövlətik, onlar da dövlətdirlər. Onların da bizim də fərqli maraqlarımız var, amma bu maraqlar heç zaman bir-birinə qarşı durmaq üçün əsas vermir. Biz dünyəvi dövlətik, onlar İslam ənənələri üzərində dövlət qurublar. Bəzi fərqlərimiz də var. Ancaq bu fərqlər bizim xalqların, dövlətlərin bir yerdə dostluq şəraitində yaşamasına heç bir maneçilik törətmir və gələcəkdə də törətməyəcək. İndi niyə münasibətlərimiz yaxşıdır? Keçmişdə bəzi problemlər var idi. Keçmişdə həm Azərbaycanı idarə edənlər, həm də İrandakı bəzi dairələr bu işlərin son durumunu nəzərə almadan siyasət yeridirdilər və bu da problemlər yaradırdı. Hazırda həm Azərbaycan prezidenti, həm də İran prezidenti tez tez görüşürlər və iki dövlətin arasına girmək istəyənlərə sadəcə olaraq imkan saxlamırlar.

Azərbaycan Prezidenti İlham Aliyev və milli liderimiz Heydər Əliyev balans siyasətini Azərbaycanın xarici siyasətinin təməlinə qoyub və bununla da Azərbaycan regionda öz milli marağı ilə qarşı dövlətin marağının ortaq nöqtəsinə əsaslanan bir siyasət yürüdür.

Bizim üçün fərqi yoxdur ki, Rusiya-Amerika, İran-Amerika, İran-Rusiya münasibətləri necədir. Biz İranla Azərbaycanın, Rusiya ilə Azərbaycanın və Amerika ilə Azərbaycanın ortaq maraqlarını tapırıq və onun üzərində siyasətimizi yürüdürük.

Bizdə belə bir deyim var: “Dostumun dostu və dostumun düşməni nə mənim dostum, nə də düşmənim deyil”. Biz bölgədə, hər dövlətlə ayrılıqda və bütün dünya ilə birlikdə ortaq nöqtələri tapmağa çalışırıq.

“Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik”

Azərbaycan Avropa Birliyinin və qlobal dünyanın edə bilmədiyi bir işi edir. Bundan öncə “Nabucco” layihəsi var idi – Xəzər dənizinin strateji qaz ehtiyatlarının Avropaya daşınması layihəsi. Amma 10 il onun üzərində danışıb bir şey edə bilmədilər. Azərbaycanla Türkiyənin liderliyində bu artıq edilib və 6 aydan sonra artıq dövriyəyə girir.

Cənub qaz dəhlizi, TANAP, TAP və digər “Şahdəniz 2” fazasınıdan təbii qazın çıxarılıb, Avropaya çatdırılması çox böyük strateji bir layihədir. Bu Xəzər dənizinin zəngin qaz ehtiyatlarının Avropa bazarlarına, Avropanın enerji təhlükəsizliyinə yüz il gətirəcəyi təhlükəsizlik siyasətidir. Ancaq bu tək deyil. Xəzərin neft ehtiyatlarnın Avropa bazarına çıxarılması siyasətini ilk dəfə Azərbaycan və Türkiyə etdi. Bakıdan Aralıq dənizinə birbaşa Baku-Tiblisi-Ceyhan neft kəməri xəttini çəkdi və indi Xəzərin ən zəngin neft ehtiyatları 10 ildən artıqdır ki, Avropa bazarlarına axır. Avropanı alternativ neft ehtiyatları ilə təmin edir. İndi Azərbaycan mərkəzdə olmaq üzrə Türkiyə ilə birlikdə Bakı-Tiblisi-Qars dəmiryolunu istifadəyə verib və Çinlə Londonu bir-biri ilə dəmiryol xəttilə birləşdirib. Öncədən Çindən çıxan bir konteyner Avropaya 35-40 günə çatırdısa, indi bu 14 günə çatır. Eyni bir kəməri indi Azərbaycan, İran və Rusiya gerçəkləşdirir. Yəni Fars körfəzindən başlayaraq Çİnə Uzaq Şərqə qədər olan ikinci dəmir yolu Bakıda kəsişir.

Burada avtomobil, həmçinin dəmiryol, dəniz və hava yolu da var. Bu kəmərlərin və siyasətin mərkəzində də Azərbaycan dayanır. Biz Azərbaycanın dünyanın tam mərkəzi olmasını istəyirik. Bütün bunlar müstəqillik illərində, son 20 ildə edilib.

“Şəffaf və demokratik seçim üçün hər cür şərait olacaq”

Bizim bağımsızlığımızdan bu yana 15 seçim etmişik; 5 prezident, 5 parlament seçkisi və 5 də bələdiyyə seçkiləri olub. Bu seçkilərdə, əlbəttə, bizim problemlərimiz, hansısa uğursuzlqlarımız da olub. Biz bunu düzəldib bütün dünyaya da göstərmişik. Amma bütün seçkilərdə ədalətli, şəffaf seçim yaratmaq istəyimiz olub. Dövlət bunu nümayiş etdirib. Əlbəttə, bizim etdiyimiz seçimlər hamısından fərqlənəcək, çünkü həm təcrübəmiz böyükdür, həm də artıq imkanlarımız genişdir.

İndi biz o imkandayıq ki, seçki məntəqələrinə birbaşa veb-kamera quraşdıraq. İnsanlar səsvermə prosesini şəffaf şəkildə müşahidə edir. Seçki qutuları şəffafdır və seçicinin barmaqların elektron mürəkkəblə fiksə olunur ki, təkrarən sə verməsi mümkün olmasın. Yəni qloballaşma texnologiyalarını biz seçimə tətbiq edirik. Ona görə də düşünürəm ki, bu prezident seçimləri öncəkilərdən çox-çox fərqlənəcək və şəffaf, demokratik seçim üçün hər cür şərait olacaq. Bütün dünaydan da müşahidəçiləri dəvət etmişik. Kim istəyir, gəlib Azərbaycan seçkilərini əvvəldən sona qədər izləyə, müşahidə edə bilər.

 

 

hasanov.JPG (41 KB)

trt1.JPG (38 KB)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar