Əli İnsanovu bu səbəbə görə həbsdən buraxmaq istəmirlər

Əli İnsanovu bu səbəbə görə həbsdən buraxmaq istəmirlər
Want create site? Find Free WordPress Themes and plugins.

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun nədə ittiham edildiyi bəlli olub.

A24.Az-ın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Tofiq Yaqublu öz “Facebook” səhifəsində məlumat yayıb. “Professor Əli İnsanova qarşı həbsxanada xəstələri yanlış müalicə etdiyi iddiası ilə yeni cinayət işi açıblar”.

Bu gün səhər sabiq nazirə qarşı yni cinayət işi başlanması barədə məlumat yayaılıb. Bu barədə APA-ya vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan zəng edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb”.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına 60 gün qalıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar