A24 Xeber

Elman Rüstəmov avtobus və metrodakı qiymət artımından danışdı

Elman Rüstəmov avtobus və metrodakı qiymət artımından danışdı
57
01 Avqust 2018 - 11:45

“Avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var”.

“A24.az” APA-ya sitinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

“Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər”, deyə sədr bildirib.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: “Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır”.

Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: “Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00