Elmar Məmmədyarov ABŞ Konqresinin üzvləri ilə görüşüb

Elmar Məmmədyarov ABŞ Konqresinin üzvləri ilə görüşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri barəsində məlumat verib. Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan nazir beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu söyləyib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də tələb etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Robert Qutlat ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər vəd etdiyini söyləyib.

Görüşdə həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar