A24 Xeber

Elmar Məmmədyarov ABŞ səfirini qəbul edib

Elmar Məmmədyarov ABŞ səfirini qəbul edib
24
27 Mart 2018 - 21:09

Azərbaycan xarici işlər naziri  Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri  Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN mətbuat xidmətindən verilən xəbərə görə, səfir Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00