Elmar Məmmədyarov erməni həmkarını bu şəkildə müqayisə etdi

Elmar Məmmədyarov erməni həmkarını bu şəkildə müqayisə etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında jurnalistin yeni ermənistanlı həmkarı ilə bağlı təəssüratları, Z. Mnatsakanyan və E. Nalbandyanın nə ilə fərqləndiklərini barədə sualını cavablandırarkən deyib.

Məmmədyarov bildirib ki, ötən görüş Zöhrab Mnatsakanyan ilə onun ilk görüşü idi və onlar bir-birilərini tanımağa çalışıblar. O ki qaldı fərqə, E. Məmmədyarov yeni həmkarının daha peşəkar diplomat olduğunu söyləyib.

Xatırladaq ki, iyulun 11-də Brüsseldə E. Məmmədyarov və Z. Mnatsakanyan arasında görüş keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar