Elmar Məmmədyarovdan Ermənistana mesaj: Münasibət qurmağa hazırıq, əlbəttə ki...

Elmar Məmmədyarovdan Ermənistana mesaj: Münasibət qurmağa hazırıq, əlbəttə ki…
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Demokratik Respublikası xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi”.

“A24.az” bildirir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib.

Məmmədyarov bildirib ki, ADR o vaxt həyata keçirdiyi islahatlarla Qərb ölkələrini də üstələmişdi: “Qadınların səsvermə və vəzifə tutmaq hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. ADR-in fundamental dəyərləri əsasında respublikamızın mövcudluğunu davam etdirmək çox önəmlidir”.

Nazir əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik  təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib: “Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də işsizlik 5 faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”.

Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır: “Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır – əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.

Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib: “Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır. TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək. Şərq və Qərb arasında olan rollarımızdan biri də  multikulturalizmdir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar