Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat

Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat
Want create site? Find Free WordPress Themes and plugins.
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevinsəhhəti normaldır və müalicəsini davam etdirir”.
A24.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
Millət vəkili mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlandığını deyib: “Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”
Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib./ Qaynarinfo
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar